- Köhnə - Dünya
- 16 Mart 2014 20:10
- 3 825
Yaroş “Dostluq“ neft kəmərini partladacaq - ŞOK
O, niyyəti barədə sosial şəbəkələrdə məlumat yayıb. Bundan başqa o, Rusiyanı "İmperiya arzuları"na görə də qınayıb.
"Moskva təcavüzkar rolunda çıxış edir" - deyə Yaroş bildirib və Kiyevə məsləhət görüb ki, hərbi hazırlığını görsün.
Martın əvvəllərində Basman məhkəməsi qiyabi olaraq Yaroşu terrorizmə çağırışa görə həbsə məhkum edib.
Rusiya isə İnterpol səviyyəsində Yaroşu beynəlxalq axtarışa verdiyini bəyan edib.
Bütün bunlar Yaroşun sosial şəbəkəklərdə Doku Umarovu Ukraynaya kömək etməyə çağırışından sonra baş verib. Çağırış Rusiyanın siyasi dairəsi də daxil olmaqla geniş rezonans doğurub.
Bunun müqabilində Çeçenistan prezidenti Ramzan Kadırov Yaroşa xatırladıb ki, o Umarovu elə yerə göndərib ki, oradan heç zaman qayıdış olmayıb.
Azər
AzNews.az