00:55
(077) 610-22-33

Obama ilə Putin yenə razılığa gələ bilmədilər

  • >
1 694 17 Mart 2014 08:58 | Dünya

"Hər hansı diplomatik danışıqlardan söhbət gedə bilməz"



ABŞ prezidenti Barak Obama ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

AzNews.az-ın məlumatına görə, ABŞ tərəfinin təşəbbüsü ilə keçirilən telefon danışığı zamanı Krım Muxtar Respublikasındakı gərginlik və yarımadanın separatçı rəhbərliyinin təşəbbüsü ilə martın 16-da keçirilən referendum müzakirə olunub.

Telefon danışığında V. Putin diqqəti Ukraynadakı gərginliyin baş verməsi aspektlərinə yönəldib və bu ölkədə millətçi qüvvələrin hakimiyyətə təsir imkanlarının artmasından narahatlığını bildirib. V. Putin B. Obamanı Ukraynada yaşayan rusdilli əhalinin qarşılaşa biləcəyi təhlükənin mövcudluğuna da inandırmağa çalışıb.

O, Ukraynada ATƏT-in monitorinq missiyasının fəaliyyətə başlamasının vacibliyini də telefon danışığı zamanı vurğulayıb.

Daha sonra V. Putin Krım Muxtar Respublikasında keçirilən referendum və onun nəticələrinin beynəlxalq normalara uyğun gəldiyini də qeyd edərək, prezident olaraq, Kosovanı misal çəkib.

B. Obama isə Ukraynanın ərazi bütövlüyünə qarşı yönələn bu referendumun əleyhinə olduqlarını diqqətə çatdırıb: "Krımda keçirilən qondarma referendum Ukrayna Konstitusiyasının müddəalarını pozur. Bundan başqa Rusiyanın hərbi təzyiqi ilə keçirilən bu referendum heç bir halda ABŞ və beynəlxalq birlik tərəfindən legitim sayıla bilməz".

B. Obama bildirib ki, Ukrayna hökuməti baş verənlərlə barışmaq niyyətində deyil və Rusiya vəziyyəti stabilləşdirməkdən ötrü problemin diplomatik yolla həllində maraqlı olmalıdır.

ABŞ prezidenti onu da qeyd edib ki, Krımdan Rusiya hərbi birləşmələri çıxmayana qədər hər hansı diplomatik danışıqların mümkünlüyündən söhbət gedə bilməz.

AzNews.az
Bağla X