09:56
(077) 610-22-33

Arseni Yasenyuk: “Rusiya ilə münaqişə hərbi mərhələyə keçir“

  • >
859 18 Mart 2014 21:12 | Dünya

Ukraynanın baş naziri Arseni Yasenyuk Rusiya hərbçilərinin Krımda Ukrayna hərbçilərinə qarşı həyata keçirdikləri güc tədbirləri ilə bağlı məsələnin təcili həll olması üçün Ukrayna, ABŞ, Böyük Britaniya və Rusiyanın müdafiə nazirlərinin iştirakı ilə dərhal komissiyanın çağırılmasını tələb edir.

APA-nın "UNİAN"a istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın baş naziri bu gün Müdafiə Nazirliyində çıxışı zamanı deyib. "Bu gün Rusiya hərbçiləri Ukrayna hərbçilərinə atəş açmağa başlayıb, bu isə artıq hərbi cinayətdir. Bu səbəbdən Budapeşt memorandumunun iştirakçıları olan Ukrayna, ABŞ, Böyük Britaniya və Rusiyanın Müdafiə Nazirlikləri səviyyəsində dərhal birgə komissiya çağırılmalıdır. Hərbi münaqişənin dərinləşdirilməsinə yol verilməməsi məsələsini həll etmək və Ukrayna dövlətinin hüquqlarının bərpasına və Rusiya tərəfindən beynəlxalq hüquq normalarının pozulmasının dayandırılmasına dair siyasi dialoqa başlamaq gərəkdir", deyə Yasenyuk bildirib.

Qeyd edək ki, Ukrayna Hərbi-Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sergey Qayduk bu gün Ukrayna hərbçilərinə qarşı Krımda artıq odlu silahlardan istifadə olunduğunu bildirib.

AzNews.az
Bağla X