08:14
(077) 610-22-33

Arseniy Yasenyuk: Ukrayna “səkkizlik”də yer tutmağa hazırdır

  • >
956 22 Mart 2014 21:07 | Dünya

Ukrayna "səkkizlik"də boş yerin olacağı təqdirdə, ora qatılmağa hazırdır.

APA-nın "İTAR-TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə martın 22-də Ukraynanın baş naziri Arseniy Yasenyuk kanadalı həmkarı Stiven Harper ilə keçirdiyi görüşdən sonra bildirib.

"Əgər "səkkizlik"də boş yer varsa, Ukrayna ora qatılmağa hazırdır", deyə o bildirib və Kanada hökumətinə Ukraynaya 200 mln dollar yardım ayırdığına görə minnətdarlığını bildirib. Yasenyuk, həmçinin, yeni qlobal təhlükəsizlik sisteminin qurulmasına dair "yeddilik" ölkələrinə çağırış etdiyini bildirib.

Bundan əlavə, Yasenyuk qeyd edib ki, Ukrayna Kanada ilə 2 il əvvəl dayandırılmış azad ticarət zonasının yaradılmasına dair danışıqların bərpa olunmasına ümid edir.

Stiven Harper, öz növbəsində, Kanadanın Ukrayna hökumətinin səylərini dəstəkləməyə hazır olduğunu qeyd edib. "Siz həmişə Kanadanın həmrəyliyinə və tərəfdaşlığına etibar edə bilərsiniz. Bu Kanada xalqı üçün çox vacibdir və biz məhz bunu vurğulamaq üçün bu gün Ukraynaya gəlmişik", deyə Stiven Harper bildirib.

AzNews.az
Bağla X