08:50
(077) 610-22-33

Günahı olmadan 32 il həbsdə qaldı

  • >
2 125 26 Mart 2014 18:46 | Dünya

Amerikalı qadın törətmədiyi cinayətə görə 32 il həbsdə qalıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Los - Anceles məhkəməsi 74 yaşlı amerikalı qadının 1981 - ci ildə ölüm, adam oğurluğu və qarət cinayətinə görə həbs edilməsini istintaqçıların səhvi hesab edərək, onu 32 illik məhbəs həyatından sonra azadlığa buraxıb.
Azad edilənin qızı: "Mən indi keçirdiyim hissləri ifadə etməkdə çətinlik çəkirəm. Bu ağlasığmazdır. Biz ədalətin yerini tapmasını yalnız o dünya üçün düşünmüşdük"
Consu tanışı Mous Uillis ilə birlikdə bir narkoticarətçini güllələməkdə təqsirli bilərək ömürlük həbsə məhkum ediblər.
Müdafiəçilər sübut ediblər ki, Uillis qadını məcbur edib ki,onun tələbini yernə yetirsin. Məhkəmə belə qərara gəlib ki, Cons öz həyatı risk altında qaldığına görə narkoticarətçini güllələndiyi döngəyə çağırmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, keçən il daha bir günahsız amerikalı törətmədiyi ölüm cinayətinə görə 13 həbsdə qaldığına görə, 13 milyon dollar kompensasiy alıb.

Əli
AzNews.az

Bağla X