16:16
(077) 610-22-33

BMT Baş Assambleyası Krım referendumunun nəticələrini tanımadı

  • >
840 27 Mart 2014 20:06 | Dünya


BMT Baş Assambleyası 27 martda keçirilən iclasında iştirakçıların böyük əksəriyyətinin səs çoxluğu ilə bu yaxınlarda Krımda keçirilən referendumun hüquqi qüvəsinin olmaması barədə qətnamə qəbul edib.

AzNews.az - ın xarici mətbuata istinadən xəbərinə görə qətnamədə deyilir ki, "16 mart 2014 - cü ildə Krım Avtonom Respublikasında və Sevastopolda keçirilən referendumun heç bir hüquqi qüvvəsi yoxdur və Krım Avtonom Respublikasının və Sevastopolun statusunda hər hansı bir dəyişikliyin edilməsi yolverilməzdir".

Assambleya bütün dövlətləri, beynəlxalq təşkilatları və xüsusi müəssisələri Krımın və Sevastopolun statusunun dəyidirilməsini tanımamağa çağırıb. Qətnaməyə görə BMT Baş Assambleyası Ukraynanın suverenliyini,siyasi müstəqilliyini, tamlığını və ərazi bütövlüyünü onun beynəlxalq səviyyədə qəbul edilmiş sərhədləri daxilində qəbul edir.
Xəbər verildiyinə görə Rusiyanın BMT yanındakı nümayəndəsi Vitali Çurkin səsvermədən əvvəl məlumat verib ki, SSRİ dağılandan sonra Krımı Rusiyadan zorla qoparıblar.

"1992 - ci ildə kpımlılar Ukrayna tərkibində müstəqil dövlət qurmaları barədə Konstitusiya qəbul ediblər. Bir dəfə bu Konstitusiya krımlıların razılığı olmadan dəyişdirilib, yarımadanın statusu isə avtonom respublika satusuna endirilib", - deyə Çurkin bildirib. Onun sözlərinə görə Krım vətəndşları referendumda öz müstəqil seçimlərini ediblər və Rusiya da onların bu seçiminə hörmətlə yanaşıb.

Əli
AzNews.az

Bağla X