22:48
(077) 610-22-33

Hörmüzdə İran - Pakistan təlimləri keçiriləcək

  • >
656 5 Aprel 2014 18:53 | Dünya

İran Pakistanla birgə dəniz manevri keçirəcək.

APA-nın "Təsnim" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, artıq Pakistan Hərbi Dəniz Qüvvələrinə məxsus bir raketdaşıyan esmines, bir köməkçi esmines və bir sualtı qayıq aprelin 8-də Hörmuz boğazının şərqində başlayacaq ortaq təlimdə iştirak etmək üçün bu gün səhər saatlarında İranın Bəndər Abbas limanında lövbər salıb.

Qeyd edək ki, İran aprelin 7-də Fars körfəzində Omanla birgə dəniz manevri keçirəcək. Təlimin məqsədi fövqəladə vəziyyətlərdə dənizdə xilasetmə və yardımlaşma sahəsində əməliyyatlar həyata keçirməyə zəmin hazırlamaqdır. Bu məqsədlə İran Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi Omanın Sultan Qabus limanında lövbər salıb. İran və Oman Hərbi Dəniz Qüvvələri arasında 2010-cu ildə imzalanmış müqaviləyə əsasən hər il iki ölkədən birində bu cür manevr təşkil olunur. Bu, artıq iki ölkənin keçirəcəyi dördüncü birgə təlimdir.

AzNews.az
Bağla X