Qadın jurnalist qaçırıldı- FOTO

Venesuelada hökumət əleyhinə etiraz aksiyaları davam edir.

Anspress-in xəbərinə görə, ötən axşam Venesuelanın paytaxtı Karakasda "Globovision" kanalının redaktorlarından biri olan Nayrobi Pinto adlı qadın evinin girişində silahlı şəxslər tərəfindən qaçırılıb.

Olayın nə məqsədlə həyata keçirildiyi hələ dəqiq bilinməsə də, gənc jurnalistin atası Luis Pinto qızının tezliklə buraxılmasını istəyib. Uqo Çavesin prezidentliyi dövründə müxalif düşərgəyə meyilli olan "Globovision" kanalının hazırkı prezident Nikolas Maduro ilə arasının yaxşı olduğu bildirilir.

Maduro isə 39 nəfərin ölümünə gətirib çıxaran etiraz nümayişlərinə son qoymaq üçün müxalifətlə görüşü qəbul edib.

Qeyd edək ki, 2 aydan çoxdur küçələrdə olan əhali, əsasən, tibbi xidmətin zəif olmasından, ərzaq qıtlığından və infilyasiyanın yüksək olmasından şikayətlənir.

AzNews.az