00:45
(077) 610-22-33

“Ruslar baş kəsəndir, Qarabağı işğal ediblər” – VİDEO

  • >
1 624 16 Aprel 2014 20:15 | Dünya

Ukraynanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Aleksandr Şevçenkonun Rusiya və ruslar barəsində Avropanın yüksək kürsüsündən bu günlərdə etdiyi çıxışın video görüntüsü sürətlə paylaşılmaqdadır.

Məhz bu çıxışdan sonra rusiyalı deputatların səsvermə hüquqlarına xitam verilib.

Qeyd edək ki, Şevçenko Rusiyanın yürütdüyü siyasətdən, Ukrayna və keçmiş SSRİ-yə daxil olan digər ölkələrə qarşı aqressiv münasibətindən, həmçinin bir xalq kimi, rusların xüsusiyyətlərindən bəhs edib:

"Rusiya ilə hansı dialoqdan söhbət gedə bilər ki, digərlərinə hörmətsiz şəkildə zalı tərk etdilər? Onlar heç bir dialoq istəmirlər. Buranı səssiz tərk etmələri ilə bütöv Assambleyanı təhqir etmiş oldular. Zamanında SSRİ tərəfindən, ələlxüsus 20-ci qurultayda hazırlanmış, xalqların sülh şəraitndə birgə yaşamaq konsepsiyasına inanan şəxslərdən biri idim. Düşünürdüm ki, Rusiya bu konsepsiyaya riayət edəcək. Amma nələr baş verir? Bu ölkə, faktiki olaraq, Şimali Osetiya və Abxaziyanı iğal edib, Dnestryanı bölgəni Moldovadan uzaqlaşdırıb, Azərbaycana qarşı Dağlıq Qarabağda aqressiyanı aktiv şəkildə dəstəkləyib. Ukrayna məsələlərində də eyni mövqedən çıxış etdi. Sonda isə rus insanının daxili aləmi ilə bağlı fikirlərimi bildirmək istərdim. Bu xalqın düşüncə tərzi olduqca sirlidir. Ancaq rus və sovet yazıçısı Viktor Astafyevin bu barədə gözəl kəlmələri var. O deyirdi ki, rus insanı mehribandır –çay verər, yaxınlıq göstərər. Axşam isə səni kəsib- doğrayar. Odur ki, avropalılar, ruslardan qorxun, ehtiyatlanın".(Aktual.az)
Bağla X