Misir ehramlarını tikənləri gizlədirlər - Səbəb - VİDEO, FOTO

Sosial şəbəkələrdə Misir ehramlarının sirli bənnaları barədə yeni materilallar dolaşır.

AzNews.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, materiallarda Misir ehramlarının planetdə 12-20 min il əvvəl yaşamış nəhəng insanlar tərəfindən tikildiyi iddia edilir. Boyu 4 metrdən 12 metrə qədər dəyişən bu insanlar həm də fenomal əqli qabiliyyətlərə malik olublar. Onlar bütün planet ərazisində 600-ə yaxın belə ehramlar tikiblər.

Bu barədə yayılmış materiallarda bildirilir ki, nəhəng insanların izlərini bütün planet boyunca tapmaq olur. Yəni Alyaskada, Almaniyanın Rur vilayətində, Cənubi Afrikada, Cənubi Afrikada onların izləri tapılıb. Eyni zamanda vurğulanır ki, Babil miflərində Cənubi Afrikada 4 metrlik nəhəng adamların yaşadığı bildirlir. Həmçinin ərəb səyyahı İbn Fədlan min il qabaq yazıb ki, xəzərlər ona 6 metrlik insan skeleti göstəriblər.

Qeyd edək ki, Azərbaycanın Göyçə gölü ətrafında da 2-3 metrlik insan skeletlərinə rast gəlinirdi. Yerli azərbaycanlı əhali həmin insan qalıqlarını oğuz qəbirləri adlandırırdı. Göyçədə nəhəng oğuzlar barədə çoxlu miflər vardı. Mahalda nəhəng qara daşlardan və iri ardıc ağaclardan tikilmiş qədim qara damların da oğuz işi olduğunu vurğulayırdılar. Ermənilər oğuz qəbirlərinə "aznavor" deyirdi. Göyçə gölü ətrafında nəhəng adamların yaşaması barədə antik yunan şairi Homer də öz əsərlərində qeyd edib və onları "sikloplar" adlandırıb.

Amma bütün bu faktlara baxmayaraq, müasir elm bu sübutları qəbul etmir və nəhəng insanlar barədə danışmır. Qərb alimləri bunu müasir elmdə darvinizmin dominant olması ilə izah edirlər. Nəhəng adamlar faktı Darvinin insanın meymundan yaranması ideyasını təkzib edən əsas dəlillərdəndir.











AzNews.az