11:24
(077) 610-22-33

ABŞ rəsmisi:“Rusiya Cenevrə anlaşmasına sadiq qalmazsa ...“

  • >
1 155 19 Aprel 2014 17:58 | Dünya

"Rusiya Ukraynaya dair yeni Cenevrə anlaşmasına sadiq qalmazsa və ya Şərqi Ukraynaya ordu yeritmək qərarı verərsə, Moskva yeni sanksiyalarla üzləşəcək".



Məlumata görə, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Süzan Rays söhbətin konkret olaraq Rusiya iqtisadiyyatının ən böyük sektorlarından getdiyini bildirib.



Ağ Ev rəsmisi deyib: "Amerika yaxın günlərdə Rusiyanın Şərqi Ukraynadakı separatçıların silahları təhvil verməsi və zəbt edilən inzibati binaları tərk etməsi üçün öz təsirindən necə istifadə elədiyini diqqətlə izləyəcək".



Qeyd edək ki, Cenevrə sazişi imzalanandan az sonra separatçılar bu anlaşmanın onlara dəxli olmağını bəyan ediblər./"Musavat.com"/
Bağla X