08:05
(077) 610-22-33

ABŞ Qara dənizə “hərbçi” delfinlər buraxacaq

  • >
992 21 Aprel 2014 12:50 | Dünya

ABŞ Qara dənizdə delfinlərdən hərbi məqsədlər üçün istifadə olunması istiqamətində təcrübələrə başlayıb. AzNews.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin Dəniz məməliləri proqramı üzrə məsul şəxsi Tom Laputsa bildirib ki, delfinlərdən və dəniz şirlərindən gəmilərin təhlükəsizliyi, eləcə də mina axtarışları üçün istifadə olunacaq.

O deyib ki, delfinlər yeni antiradarları da test edəcəklər: "Bu antiradarlar düşmənin səsqəbuledicilərini müəyyənləşdirmək üçün istifadə olunur. İlk dəfə açıq dənizdə ABŞ və Rusiya hərbi təlimli delfinlərə rast gəlmək mümkündür". T. Laputsanın sözlərinə görə, 20 delfin və 10 dəniz şirinin iştirakı ilə keçirilən təcrübələr 2 həftə müddətində davam etdiriləcək. Heyvanların Ukrayna ərazisindən dənizə buraxılması nəzərdə tutulur.

T. Laputsa qeyd edib ki, ABŞ Silahlı Qüvvələrində 100-dən artıq hərbi təlimli heyvan var. Onların sayı 2001-ci il 11 sentyabr terror hadisəsindən sonra artırılmağa başlanılıb. Proqramın əsas bazasının San-Dieqoda yerləşməsinə baxmayaraq, heyvanlara başqa hərbi bazalarda da təlim keçirlər.

Proqram rəhbəri əlavə edib ki, məməlilər öz bacarıqlarını artıq Vyetnam, Bəhreyn və İraqda ABŞ HDQ-nin hərbi əməliyyatlarında tətbiq ediblər. Ümumilikdə San-Dieqodakı bazanın 300-dən artıq "məzun"u var. 2007-ci ildə proqramın büdcəsi 14 milyon dollar təşkil edib. 2013-cü ildə isə proqrama 23 milyon dollar ayrılıb.

Aydan Axundova
AzNews.az
Bağla X