20:00
(077) 610-22-33

Əsədin daha 2 qırıcısı vuruldu-Video - Fotolar

  • >
1 234 5 Sentyabr 2012 13:50 | Dünya

Qırıcılar MIQ-21 tiplidir



Suriya silahlı müxalifəti Əsəd qoşunlarına qarşı uğurlu əməliyyatlar keçirməyə davam edir. AzNews.az-ın newsru.com saytına istinadən verdiyi xəbərə görə, Azad Suriya Ordusu MİQ-21 tipli 2 qırıcı təyyarəni vurub.

Bu barədə məlumatı Əl-Ərəbiyyə telekanalı da yayıb. Verilən məlumata görə, hökumət qüvvələrinə məxsus qırıcı təyyarələr İdlib əyalətində vurulub. Müxaliflər qırıcının vurulma kadrlarını youtube-da da yerləşdiriblər.

Yayımlanan görüntülərdə pilotlardan birinin cəsədi də nümayiş olunur. Bundan əlavə bildirilir ki, müxaliflər Xamdan hərbi hava limanını ələ keçiriblər.

Qeyd edək ki, bundan əvvəl də hökumət qüvvələrinə məxsus qırıcı təyyarələrin vurulması ilə bağlı görüntülər yayılmışdı.



Sadiq
AzNews.az
Bağla X