07:59
(077) 610-22-33

ABŞ-a dağıdıcı qasırğa yaxınlaşır

  • >
1 471 8 Avqust 2014 08:53 | Dünya

Amerika Birləşmiş Ştatları dağıdıcı İzel qasırğasına hazırlaşır.

AzNews.az-ın məlumatına görə, İzel qasırğası əsasən Havay adaları üçün ciddi təhlükə mənbəyinə çevrilib. Ştat əhalisi vəziyyətlə əlaqədar ciddi tədbirlər görməyə başlayıb.

Sahilyanı şəhələrdə insanlar evlərin və mağazaların qapı-pəncərələrini taxta lövhələrlə gücləndirməyə çalışıb, həftəlik ərzaq tədarükü görüblər. Rəsmilər ştat sakinlərini qasırğaya hazırlaşmağa çağırıb, lakin təlaşa qapılmamağı tövsiyə edib.

Bir qədər əvvəl qasırğanın adaya çatanadək zəifləyəcəyi proqnozlaşdırılsa da, ehtimallar özünü doğrultmayıb.

Hazırda sürəti saatda 137 kilometrə çatan küləklər Biq Aylend şəhərinə doğru irəliləyir. Qasırğannın ştat ərazisində çoxlu dağıntılar törətmək ehtimalları isə yüksəkdir.

AzNews.az
Bağla X