08:01
(077) 610-22-33

Lavrov Qərbi “həyasızlıq”da suçladı

  • >
753 11 Avqust 2014 18:10 | Dünya

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynanın şərqindəki əhaliyə humanitar yardımın göstərilməsinə Qərbin etiraz eləməsini "qaba həyasızlığın təzahürü" adlandırıb.


"Əgər doğrudursa ki, məhz üç lider (ABŞ, Almaniya və İngiltərə nəzərdə tutulur – red.) razılaşıblar ki, Ukraynanın cənub-şərqinin heç bir humanitar yardıma ehtiyacı yoxdur, çünki bütün zəruri tədbirlər görülür, onda bu, qaba həyasızlığın bir təzahürüdür", - deyə XİN başçısı vurğulayıb.

musavat.com-un Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, az öncə Lavrov ABŞ dövlət katibi Con Kerriyə Ukraynanın şərqində humanitar fəlakətin qarşısının alınmasının vacibliyini bildirib. Rusiyanın Krımdan olan "deputatı" Olqa Kovitidi isə bildirib ki, regiona epidemiya başlaya bilər.

Qeyd edək ki, ABŞ və Avropa Moskvanın "humanitar yardım" adı ilə Ukraynaya hərbi müdaxilə edib separatçılara köməyə gələ biləcəyindən narahatdır. Bu səbəbdən hazırda terrorçuların faktiki mühasirə vəziyyətinə düşməsindən qəzəblənən Rusiya vəziyyətdən çıxış yolu arayır.

AzNews.az
Bağla X