- Köhnə - Dünya
- 14 Avqust 2014 07:23
- 1 849
İranda hərbi vertolyot qəzaya uğradı
İranın Hərbi Hava Qüvvələrinin vertolyotu ötən gün axşamçağı Dəyyer ( Dayyer ) limanında qəzaya uğrayıb.
Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi məlumat verir.
Məlumata əsasən, Əsəluyə şəhərindən Buşəhr istiqamətinə hərəkət edən vertolyot Dəyyer limanın şərqində qəzaya uğrayıb. Hadisə zamanı vertolyotda 6 sərinişin olub. Onlardan 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşidirilib, vəziyyətləri qənaətbəxşdir.
AzNews.az