01:52
(077) 610-22-33

Qorlovka mühasirədə - Ukrayna Ordusunun MiQ-29-u vuruldu

  • >
1 071 18 Avqust 2014 09:03 | Dünya

Ukrayna Silahlı Qüvvələri ölkənin cənub-şərq bölgəsində rusiyameyilli silahlı separatçılara qarşı uğurlu hərbi əməliyyatları davam etdirirlər.



AzNews.az-ın yerli mediaya istinadən verdiyi məlumata görə, Ukrayna Hərbi-Siyasi Mərkəzin rəhbəri Dmitriy Tımçuk deyib ki, separatçıların mühüm istehkamı olan Qorlovka şəhəri hərbiçilər tərəfindən bütünhlüklə mühasirəyə alınıb.

O bildirib ki, Luqanskla Donetskidəki terrorçular arasında körpü rolunu oynayan Qorlovkanın nəzarətə götürülməsi çox mühümdür. Onun sözlərinə görə, artıq adıçəkilən şəhərləri birləşdirən M-04 magistral avtomobil yolu da nəzarətə götürülüb.

D. Tımçuk qeyd edib ki, hökumət qüvvələri İlovaysk rayonu istiqamətində də uğurlu əməliyyat başlayıb: "Məqsəd bu ərazidə də separatçıların zərərsizləşdirməkdir. Hazırda Luqansk stansiyası, Donetsk, Luqansk, Şaxtyorsk və Torez şəhərləri istiqamətində gərgin döyüşlər gedir".

Separatçılara bağlı olan xəbər qurumlarının yaydığı məlumatda isə bildirilib ki, Ukrayna Ordusu uzaqmənzilli "Toçka-U" raketi ilə Luqanskı atəşə tutublar. Separatçılar isə Ukrayna Silahlı Qüvvələrinə məxsus MiQ-29 döyüş təyyarəsini vurublar. Pilotun xilas olduğu bildirilir.

Məhəmməd
AzNews.az
Bağla X