08:02
(077) 610-22-33

“Bu, bizim müharibə deyil” -Desant əsirlər Putinə müraciət etdi (Foto+ Video)

  • >
2 411 26 Avqust 2014 10:13 | Dünya

Ukrayna Silahlı Qüvvələri tərəfindən əsir götürülən rus desantların video müraciətini yayılıb.


AzNews.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, əsir götürülən Rusiya Ordusunun yefreytoru Romançev bildirib ki, ukraynalılar öz vətənlərini qoruyur.

Yefreytor Milçakov isə etiraf edib ki, Ukraynada döyüşməsi onun istəyi ilə baş tutmayıb: "Ukrayna müstəqil dövlətdir. Əgər burada hansısa problem varsa, özləri həll etməlidirlər. Bizi bura göndərsələr də konkret görəcəyimiz iş barədə heç nə deməyiblər. Sadəcə dedilər ki, 70 kilometr istiqamətində hərəkət edəcəyik".
Əsir serjant Qeneralov isə bildirib ki, rusiyalı hərbçilər Ukraynaya hansı məqsədlə göndərildiklərindən xəbərsizdirlər:
"Rusiya hakimiyyəti "uşaq"ları Ukraynaya göndərməyi dayandırmalıdır. Lazım deyil, bunu dayandırın. Bu bizim müharibə deyil. Əgər biz burda olmasayqdır, belə hadisələr də baş verməyəcəkdi".

Məlumatda o da qeyd olunub ki, Ukrayna hərbçilərinin həyata keçirdiyi əməliyyat zamanı Rusiyanın 98-ci desant birləşməsinin 10 döyüşcüsü əsir götürülüb.











Məhəmməd
AzNews.az
Bağla X