01:53
(077) 610-22-33

İsrail yeni yanacaq növü tapıb

  • >
1 391 28 Avqust 2014 19:31 | Dünya

İsrail enerji təhlükəsizliyi problemini həll etmək üçün yeni lahiyəyə başlayıb

ANS PRESS-in məlumatına görə, İsrailin Xa-Şfela rayonunda maye yanacaq şistlərinin hasilatı üzrə pilot layihənin həyata keçirilməsinə başlanacaq.

Uzun illər Geologiya İnstitutunda işləmiş doktor Moşe Şirav layihə barədə məlumat verib: "Bu materialdan enerji ehtiyaclarını ödəmək üçün, məsələn, kömür və digər materiallar kimi, istifadə etmək olar. Bu halda, digər qeyri-üzvi tullantılarla qarışmış neftdən fərqli olaraq, bərk maddədən söhbət gedir. Şistdən enerji mənbəyi kimi istifadə etmək üçün onu kömür kimi xırdalayıb yandırmaq lazımdır".

M.Şiravın sözlərinə görə, pilot layihədə tətbiq ediləcək texnologiya dünyanın bir neçə ölkəsində, o cümlədən Koloradodakı yataqlarda sınaqdan keçirilib. Lakin hələlik heç yerdə materialın hasilatı və istifadəsinin rentabelli sxemini yaratmaq mümkün olmayıb. Ətraf mühitin çirklənməsindən ehtiyatlanan ekoloqların ciddi etirazlarını da buraya əlavə etmək lazımdır.

İsraildə yanacaq şistləri ehtiyatları ilə bağlı sualı cavablandıran M.Şirav deyib: "Söhbət iri həcmlərdən gedir. Mən sizə milyon və ya milyard barelə bərabər rəqəmlər deməyəcəyəm. Yalnız onu deyirəm ki, bu ehtiyatlar İsrailin enerji ehtiyaclarını hələ bir neçə yüz il ödəməyə yetər".

AzNews.az
Bağla X