05:34
(077) 610-22-33

İŞİD 50 nəfəri oğurladı

  • >
630 4 Sentyabr 2014 17:12 | Dünya

Bu gün İraqın şimalında "İslam dövləti" döyüşçüləri ən azı 50 nəfəri oğurlayıblar.

ANS PRESS-in məlumatına görə, bu haqda İraqın Daxili İşlər Nazirliyi bildirib.

Nazirlik xəbər verir ki, İŞİD ekstremistləri Kərkük şəhərindən qərbdə yerləşən kəndlərdən birinə hücüm ediblər.

Onların əllərində həmçinin 15 nəqliyyat vasitəsi olub. Hücuma radikalların arasında məşhur Xavidja Xişam şəhərindən gələn Hüsein Əli Xandal rəhbərlik edib. Hal-hazırda oğurlananların taleyi naməlum olaraq qalır. Araşdırma aparılır.

İraqın şiə milisinin və kürd hərbiləşdirilmiş formalaşmalarının təhlükəsizlik güclərinin birgə bölmələri dörd istiqamət üzrə "İslam dövləti" mövqeyinə hücumu davam edir. Onlara aviasiya aktiv dəstək göstərir.

AzNews.az
Bağla X