12:18
(077) 610-22-33

Çinlə Yaponiya arasında gərginlik

  • >
584 14 Sentyabr 2012 09:05 | Dünya

Yaponiya Çin səfirinə etiraz notası verdi



Çin patrul gəmiləri ilk dəfə nümayişkaranə Yaponiyanın daxili suları hesab etdiyi əraziyə daxil olub. AzNews.az-ın newsru.com saytına istinadən verdiyi xəbərə görə, Çin gəmiləri mübahisəli Senkaku adasına yaxınlaşmağa cəhd ediblər. Yaponiya faktla bağlı bəyanat yayıb və Çin patrul gəmilərini ərazi toxunulmazlığını pozmaqda ittiham edib. Rəsmi Tokio baş nazirin sədrliyi ilə böhran qərargahı yaradıb. Çinin Yaponiyadakı səfiri Xarici İşlər nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib.

Qeyd edək ki, Yaponiya ilə Çin arasında bu cür mübahisəli adalar mövcuddur və analoji insidentlər tez-tez baş verir. Bununla belə, bu dəfəki insident miqyasına görə daha böyük, reaksiyasına görə isə daha ciddi olub.

Nəzərinizə çatdıraq ki, gərginliyin bu həddə çatmasına səbəb Yaponiyanın mübahisəli adaları çinli sahibindən böyük məbləğ müqabilində almaq istəməsi və hətta müqavilə də bağlamasıdır.

Sadiq
AzNews.az
Bağla X