02:13
(077) 610-22-33

Roqozin Azərbaycandan danışdı

  • >
742 15 Sentyabr 2014 21:08 | Dünya

Qərbin sanksiyaları nəticəsində Rusiya və Azərbaycan daha da yaxın dost oldu.

AzNews.az anspress-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Hökümətlərarası komissiyanın iclasında Rusiya baş nazirinin müavini Dmitri Roqozin bildirib.

"2013-cü ilin nəticəsinə görə, Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi 3,6 milyard dollara çatdı. Bu rəqəm 2012-ci illə müqayisədə 5% çoxdur. Bu gün məlum siyasi hadisələr Rusiya Federasiyasının iqtisadiyyatına təsirsiz ötüşmür. Amma bunun müsbət tərəfi ondan ibarətdir ki, rəsmi Moskvaya qarşı saanksiyalar Rusiyanı və Azərbaycanı daha da yaxınlaşdırır, birləşdirir. Azərbaycan məhsulu Rusiya bazarlarına daxil olur, bu məhsullara tələb də var", deyə Roqozin bildirib.

Baş nazirin müavini Rusiyanın və Azərbaycanın məhsul bazarlarının tənzimlənməsinin son dərəcə əhəmiyyətli olduğunu deyib.

AzNews.az
Bağla X