21:27
(077) 610-22-33

“İslamın məsumluğu” filminin prodüseri və youtube məhkəməyə verildi - FOTO

  • >
704 20 Sentyabr 2012 09:04 | Dünya

Məhkəməyə müraciət edən aktrisa Sindi Li Qarsiyadır



"İslamın məsumluğu" filmində rol almış aktrisa Sindi Li Qarsiya filmin prodüseri Nakul Besselli Nakulu və youtube saytını məhkəməyə verib. AzNews.az-ın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, aktrisa prodüserə qarşı kompensasiya iddiası qaldırıb. Youtube saytından isə, filmə azad baxışı məhdudlaşdırmağı tələb edib.

Li Qarsiya həmçinin prodüser tərəfindən aldadıldığını iddia edib və bildirib ki, filmin nümayişindən sonra onun ailəsi və həyatı üçün təhlükə yaranıb. O, bildirib ki, filmin nümayişindən sonra daimi stress içindədir. Aktrisa həmçinin qeyd edib ki, film çəkilərkən onlar aldadılıb.

"Bizə tarixi film çəkildiyini dedilər. Söhbət qədim Misirdə baş verən macəradan gedirdi. Bizə din barədə bir kəlmə belə deməmişdilər."

Bununla belə, aktrisanın dedikləri jurnalistlər tərəfindən səmimi qarşılanmayıb. Səbəb kimi, orijinal mətndə dini ifadələrin yer alması göstərilib və qeyd edilib ki, ən savadsız aktrisa belə söhbətin nədən getdiyini bilə bilərdi.

Nəzərinizə çatdıraq ki, filmdə rol almış aktyor və aktrisaların əksəriyyəti oxşar açıqlama ilə çıxış edirlər. Onların demək olar ki, hamısı filmin prodüseri tərəfindən aldadıldığını iddia edib.

Sadiq Musa
AzNews.az
Bağla X