18:50
(077) 610-22-33

Əsədin daha bir helikopteri vuruldu

  • >
1 708 20 Sentyabr 2012 13:00 | Dünya

Suriya hökumət qüvvələrinə məxsus hərbi helikopter qəzaya uğrayıb. AzNews.az-ın izvestia.ru saytına istinadən verdiyi xəbərə görə, helikopter Dəməşq ətrafında yerə çırpılıb. Müxalifət helikopterin onlar tərəfindən vurulduğunu iddia etsə də, rəsmi Dəməşq qəzanın texniki nasazlıq ucbatından baş verdiyini bildirir.

Nəzərinizə çatdıraq ki, bundan əvvəldə analoji hallar baş vermişdi. Azad Suriya Ordusu MİQ-21 qırıcı təyyarələrini vurduğunu iddia etmiş, hətta qırıcının görüntülərini belə yayımlamışdı. Hökumət qüvvələri isə öz növbəsində, iddianı təkzib etmiş, qəzanın texniki nasazlıq ucbatından baş verdiyini irəli sürmüşdü.

Sadiq Musa
AzNews.az
Bağla X