09:32
(077) 610-22-33

Həmas lideri təşkilatın rəhbərliyindən gedir

  • >
425 25 Sentyabr 2012 13:22 | Dünya

Fələstinin Həmas hərəkatının lideri Xalid Məşəl təşkilatın rəhbərliyindən getmək qərarına gəlib. AzNews.az-ın aljazeera.com saytına istinadən verdiyi xəbərə görə, o, hərəkatın rəhbərliyinə keçiriləcək seçkilərdə iştirak etmək fikrində deyil. Verilən məlumata görə, bu barədə Məşəl özü Qahirədə olarkən bildirib.

Qeyd edək ki, Məşəl Həmasa 1996-cı ildən rəhbərlik edir. Hesab edilir ki, 2012-ci ilin sonunda o, öz postunu təhvil verəcək. Onun yerinə 2 əsas namizədin keçə biləcəyi ehtimal edilir.

Onlardan biri Məşəlin müavini Musa Abu Marzuk digəri isə, Qəzza sektorunda Həmasın administrasiya rəhbəri İsmail Xaniyudur.

Nəzərinizə çatdıraq ki, Məşəlin Həmas rəhbərliyindən getməsi Ərəb mətbuatında birmənalı qarşılanmır. İddia edilir ki, bütün bunlar təşkilatda yarpaq tökümünün olmasını göstərir. Bu isə o deməkdir ki, təşkilatın rəhbərliyində intriqalar və anlaşılmazlıqlar başlayıb.

Sadiq Musa
AzNews.az
Bağla X