07:17
(077) 610-22-33

BMT baş katibi Nemtsovun qətlindən şoka düşüb

  • >
1 628 1 Mart 2015 10:37 | Dünya

BMT baş katibi Pan Qi Mun rusiyalı müxalifətçi Boris Nemtsovun qətlindən şokda olduğunu və cinayətkarların məsuliyyətə cəlb olunacağına ümid etdiyini bildirib. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə təşkilatın mətbuat xidmətindən bildirilib.

"Baş katib Boris Nemtsovun fevralın 27-də Moskvada amansızcasına qətlə yetirilməsi xəbərindən şokdadır və kədər hissi keçirir. Baş katib qətlin istintaqının başlandığını qeyd edir və cinayətkarların məsuliyyətə cəlb olunacağına ümid edir", deyə məlumatda bildirilir .
Bağla X