20:40
(077) 610-22-33

Bazar partladıldı: 3 ölü, 23 yaralı

  • >
1 514 11 Mart 2015 19:58 | Dünya

Hindistanın Manipur ştatının İmphal şəhərindəki bazarların birində baş vermiş partlayış nəticəsində 3 nəfər ölüb, 23 nəfər xəsarət alıb.



Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, xəsarət alanlar xəstəxanaya çatdırılıb.

Partlayıcı qurğunun gücü və qoyulduğu yer hələ məlum deyil.

Heç bir terror təşkilatı hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.

Qeyd edək ki, Hindistanın şimal-şərqində və şərqində təqribən 100 müxtəlif separatçı qruplaşma fəaliyyət göstərir.
Bağla X