01:04
(077) 610-22-33

600 tibb işçisi qətlə yetirildi- Suriyada

  • >
1 795 12 Mart 2015 19:57 | Dünya

Suriyada vətəndaş müharibəsi başlayandan bu yana ən azı 610 səhiyyə işçisi ölüb, onlardan 139-u işgəncə görərək və ya edam nəticəsində həlak olub.


Axar.az xəbər verir ki, bu barədə məlumat BMT-də təşkil edilən konfransda ABŞ-da yerləşən İnsan Haqları Müdafiəçisi Doktorlar (PHR) təşkilatının Suriyada səhiyyə sisteminə qarşı hücumları sənədləşdirdiyi hesabatda açıqlanıb.

Hesabatda beynəlxalq cəmiyyətin Suriya xalqını sistematik insan haqları və hüquq pozuntuları qarşısında qorumaqda gücsüz olmasının böyük fəlakətlərə gətirib çıxardığı qeyd edilib. Hesabatda bildirilib ki, öz həyatlarını riskə ataraq Suriyada qalan və yaralıları müalicə edən həkimlər Əsəd qüvvələri tərəfindən qətlə yetirilib.

Hesabatda bildirilib ki, vətəndaş müharibəsində ən azı 610 tibb işçisi öldürülüb, 183 səhiyyə qurumu 233 dəfə hücuma məruz qalıb. Xəstəxanalara edilən hücumların 88 faizinə, tibb işçilərinin ölümlərinin isə 97 faizinə görə Əsəd rejimi məsuliyyət daşıyır.
Bağla X