07:17
(077) 610-22-33

Dünyada görülməmiş dəhşət - Soyuducudan 5 uşaq cəsədi tapıldı

  • >
5 709 22 Mart 2015 11:47 | Dünya

Fransanın Bordo şəhərinin yaxınlığında yerləşən Luçats kəndində fransız cütlüyün evində soyuducudan 5 uşaq cəsədi tapılıb.


ANS PRESS-in məlumatına görə, 13 və 15 yaşlarında iki qız uşağı olan ana 5 övladını öldürməkdə təqsirli bilinir.

40 yaşlı ata soyuducunu açarkən torbaya qoyulmuş 1 uşaq cəsədini görüb və polisə xəbər verib. Hadisə yerinə gələn polis soyuducunun buzxanasında daha 4 uşaq cəsədi aşkarlayıb.

İfadəsi alınan ata uşaqlardan xəbərinin olmadığını deyib. Ana isə həbsxanada saxlanılıb. Kənd sakinləri hadisəni biləndə şoka düşüblər. Sakinlər ananın belə bir cinayət işlədəcəyinə inanmadıqlarını bildiriblər.

Uşaqları doğan ananın körpələri öldürüb-ödürmədiyi araşdırılır.
Bağla X