Ukraynalı siyasətçi, Ali Radanın deputatı, Ukraynanın Fövqəladə Hallar Nazirliyinin sabiq rəhbəri Nestor Şufriç Viktor Yanukoviçin oğlu Viktorun həlak olması faktına münasibət bildirib. Ukraynalı siyasətçi, Ali Radanın deputatı, Ukraynanın Fövqəladə Hallar Nazirliyinin sabiq rəhbəri Nestor Şufriç Viktor Yanukoviçin oğlu Viktorun həlak olması faktına münasibət bildirib.

Sabiq nazir Yanukoviçin ölən oğlu haqda yazdı: “O, sükan arxasında öldü”

Ukraynalı siyasətçi, Ali Radanın deputatı, Ukraynanın Fövqəladə Hallar Nazirliyinin sabiq rəhbəri Nestor Şufriç Viktor Yanukoviçin oğlu Viktorun həlak olması faktına münasibət bildirib.

AzNews.az xəbər verir ki, bu haqda o, özünün Facebook səhifəsində yazıb.

"Viktor Viktoroviç Yanukoviç faciəli şəkildə həlak oldu. O, sükan arxasında yaşadı və öldü. Viktor Milli Federasiyanın ən layiqli sürücüsü idi", - deyə Nestor Şufriç əlavə edib.

Qeyd edək ki, Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin kiçik oğlu Viktor Baykal gölündə 2 gün öncə keçirilən idman yarışlarına qatılıb və faciəli şəkildə həlak olub. Viktorla yanaşı içərisində 6 sərnişini olan "Volkswagen" mikroavtobusu buzun altına yuvarlanıb.

Faciədə yalnız Viktorun öldüyü deyilir.