10:31
(077) 610-22-33

Donald Trampın 10 ən diqqət çəkən avtomobili – Siyahı + Fotolar

  • >
64 831 8 Fevral 2017 12:35 | Günün fotosu

ABŞ prezidenti Donald Tramp dünya avtomobil sənayesinin ən yaxşı nüsxələrinin sahibidir.

Gənc yaşlarından tikinti şirkətinin sahibi olan və biznesi günü-gündən inkişaf edən Tramp bu zamana qədər bir sıra bahalı və nadir avtomobilləri satın alıb.

AzNews.az ABŞ prezidentinin 10 ən diqqət çəkən nəqliyyat vasitəsini təqdim edir:

10. “Rolls-Royce Silver Cloud”. 1956

Bu, avtomobili Tramp 1970-ci illərdə, tikinti şirkəti hələ yenicə böyük gəlirlər qazanmağa başladığı zaman alıb. Biznesmenin xatirə kimi maşını indiyə qədər saxladığı iddia olunur.

9. “Cadillac Fleetwood”. 1975

30 yaşında uğurlu bir biznesmen kimi “Time” jurnalına müsahibə verən Tramp fotoqrafın obyektivində bu maşında görüntülənir. Dövlət nömrə nişanına diqqət edin. Bu, hazırki ABŞ prezidentinin inisiallarıdır.

8. “Cadillac Trump Series Golden Edition”. 1988

Donald Tramp “Sövdələşmənin incəsənəti” adlı kitabında “General Motors”dan ona ünvalanan təklifdən bəhs edir. Bu təklifə əsasən, “General Motors” biznesmenin adını daşıyan dəbdəbəli limuzinlər seriyası hazırlamalı idi. 50 belə maşının yaradılması planlaşdırılsa da, bütün partiyanı almağa söz verən Tramp sadəcə birini alır və atasına hədiyyə edir. Maşının daha bir prototipi var.

7. “Cadillac Allante”

Elə həmin kitabda qeyd olunur ki, bu maşın bütün partiyanı almağa dair düzgün qərar verməsi üçün “General Motors” tərəfindən Trampa hədiyyə olunub.

6. “Mercedes-Benz 560 SL”

Bu avtomobili Donald Tramp 1987-ci ildə ilk həyat yoldaşı İvanaya 10 illik evlilikləri münasibətilə hədiyyə olaraq alıb. Maşının rənginə diqqət edin. Rəng Trampın ilk avtomobili olan 1956-cı ilin buraxılışlı “Rolls-Royce Silver Cloud”da olduğu kimidir.

5. “Acura NSX”. 1991

Tramp bu avtomobili bir zamanlar yaxın olduğu aktrisa Marli Meypplza hədiyyə edib.

4. “Lamborghini Diablo Roadster VT”

İtalyan dizaynerlər tərəfindən yığılan əl işi. 1995-ci ildə Tramp avtomobil sərgidə nümayiş olunandan dərhal sonra onu əldə edib.

3. “Mercedes-Benz SLR McLaren”. 2004

Alman konserninin ən bahalı avtomobillərindən biri Tramp tərəfindən üçüncü həyat yoldaşı olacaq model Melanyaya hədiyyə kimi alınıb. Hazırda cütlüyün qarajında olan avtomobil günü-gündən bahalaşır. Belə ki, bu model artıq buraxılmır.

2. “Rolls-Royce Phantom”. 2015

Bu avtomobilin sahibləri bir qayda olaraq arxada əyləşsələr də, Tramp 506 950 dolları heç də buna görə xərcləməyib. Odur ki, sükan arxasında əyləşərək avtomobilindən zövq alır.

1.OCС (Orange County Choppers) markalı motosiklet

Qəribə birinci yerdir, elə deyilmi? Bu motosiklet məxsusi olaraq Tramp üçüb hazırlanıb. Nəqliyyat vasitəsinin dizaynı diqqət çəkir. Asanlıqla bu dizaynın ABŞ prezidentinə “xoş görünmək” üçün hazırlandığını demək olardı. Təbii ki, əgər bu hadisələr 2012-ci ildə, Trampın hələ siyasətlə maraqlanmadığı bir zamanda cərəyan etməsəydi.

Aydan

Bağla X