İngiltərə hersoqinyası Keyt Middlton geyimi ilə diqqət mərkəzinə çevrilib. İngiltərə hersoqinyası Keyt Middlton geyimi ilə diqqət mərkəzinə çevrilib.

Hersoqinya geyimi ilə “sinifdə qaldı” (Fotolar)

İngiltərə hersoqinyası Keyt Middlton geyimi ilə diqqət mərkəzinə çevrilib.

AzNews.az xəbər verir ki, London Milli Portret Qalereyasında qala gecəsində iştirak edən Middltonun yaşıl rəngli uzun libası sosial şəbəkədə müzakirələrə səbəb olub. Daima zövqlü geyim tərzi ilə gündəm olan hersoqinya bu dəfə hər kəsi məyus edib. Hersoqinyanın geyimini bəyənməyən şəbəkə istifadəçilərindən bir qismi libasın parçasını pərdə ilə müqayisə ediblər. Bir qism istifadəçilər isə hersoqinyanın hətta bu libası belə zərif şəkildə daşıdığını və gözəl görünməyi bacardığını vurğulayıblar.

Qeyd edək ki, Middlton qala gecəsində həyat yoldaşı şahzadə Uilyam ilə birlikdə iştirak edib.