03:19
(077) 610-22-33

Dünyanın ən bahalı 9 əşyası- FOTO

  • >
7 582 4 May 2017 10:49 | Günün fotosu

Bu bahalı əşyalar insan fantaziyasının nə qədər hədsiz olduğunu göstərir.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, insan həyatında bəzi əşyalar var ki, onlar təkcə öz gözəl dizaynı və qeyri-adiliyi ilə deyil, həm də həddən artıq yüksək qiyməti ilə insanları təəccübləndirir.

AzNews.az həmin əşyaları sizə təqdim edir. Bu əşyaları heç olmazsa bircə dəfə görməyə dəyər.

Bu dünyanın ən bahalı əmziyidir. Brilyant daş-qaşla bəzədilmiş bu əmziyin qiyməti 17 min dollar təşkil edir. Əmzik silikondan hazırlanıb, onun tutacağı isə ağ qızıldandır.

Növbəti təsvirdə isə “iPhone 6” smartfonlarını görürsünüz. Qızıldan hazırlanan “iPhone”un üzərinə briliant daş-qaş da əlavə olunub. Bu smartfonların qiyməti 48 milyon dollar təşkil edir.

Qiymətli daş-qaşla bəzədilmiş 107 kiloqramlıq qızıldan hazırlanmış bu çarpayının qiyməti 6.3 milyon dollardır. Dəbdəbəli çarpayı kanadalı aktyor Styart Hyucesə məxsusdur. Çarpayının karkası göyrüş, şabalıd və albalı ağacının əla növündən hazırlanıb. Çarpayı almaz, briliant və sapfir ilə bəzədilib.

Bu isə dünyanın ən bahalı prezervatividir. Onun qiyməti 68 dollardır. Onu hər hansı bir məşhur brend deyil, gürcü dizayner İrakli Kiziriya hazırlayıb. Onun üzərində məşhur "Louis Vuitton" brendinin loqosu əks etdirilib.

Qızıldan hazırlanmış bu velosipedin qiyməti 400 min dollardır. Velosipedin üzərində 24 karatlıq qızıl var. Velosiped, eyni zamanda, briliantla bəzədilib. Belə bir qiymətli əşyanı ağaca qıfıllasanız belə, həyətdə saxlamaq heç də yaxşı fikir olmazdı.

Növbəti təsvirdə dünyanın ən bahalı çətiri yer alır. Onun qiyməti 5 min dollardır. “Billionaire Couture” firmasının istehsalı olan bu çətir timsah dərisindən hazırlanıb.

Bu çemodanların hazırlanmasın da isə, bir neçə eqzotik materialdan – at saçından, qara ağacdan, maqneziumdan, alüminiumdan, titanda, karbon lifindən, kanvasdan və müxtəlif növ dərilərdən istifadə olunub. Bundan əlavə, çemodanlar motorla təchiz olunub. Çemodanın qiyməti 20 min dollardır.

Bu təsvirdəki qızıldan olan ayaqqabı bağları 19 min dollar dəyərindədir. Bu ayaqqabı bağlarını “Mr Kennedy” firması istehsal edir.

Bunlar isə mavi düşbərə tikələridir. Onun qiyməti 4400 dollardır. Onları Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərində “Golden Gates” restoranında yemək olar. Onun tərkibində okeanın dərinliklərində yaşayan balıq əti var. Düşbərənin mavi rəngdə olmasına səbəb də məhz budur.

Bəxtiyar Abbasov

AzNews.az

Bağla X