Türkiyənin pop-ulduzu Murat Boz sevgilisi Aslı Enver ilə barışıb. Türkiyənin pop-ulduzu Murat Boz sevgilisi Aslı Enver ilə barışıb.

Murat Boz sevgilisi ilə barışdı - Foto

Türkiyənin pop-ulduzu Murat Boz sevgilisi Aslı Enver ilə barışıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Aslı Enver Murat Bozun təqsirini bağışlayıb.

Murat Boz Aslı Enverin ad günündə onun üçün üzrxahlıq videosu hazırlayıb. Videoda dostları Enverdən Bozu bağışlamasını istəyirlər. Sonda isə Boz sevgilisi üçün bəstələdiyi mahnını səsləndirir.

Cütlük artıq 1 ildən çoxdur ki, birlikdədir. Lakin bir müddət əvvəl Bozun sevgilisinə xəyanət etdiyinə dair şayiələr yayılmışdı.

Daha sonra məlum oldu ki, cütlüyün ayrılmasına səbəb, əslində, Bozun Enverə xəyanət etməsi deyil, onun Türkiyədə konistitusiya dəyişikliklərini nəzərdə tutan referendumun təşviqat kampaniyasında iştirak etməsi olub. Boz Türkiyədə keçirilən referendumda “hə” kampaniyasının tərəfdarı kimi təşviqat aparıb.

Aslı Enver Boza “Səhv etmisən, sənətçi siyasətə qarışmamalıdır” deyib. Aslı Enverin ailəsi də onun fikirlərini dəstəkləyib.

Bəxtiyar Abbasov

AzNews.az