10:22
(077) 610-22-33

Bakıda güclü yanğın söndürüldü - Yenilənib (Fotolar + Video)

  • >
5 239 10 Noyabr 15:56 | Günün fotosu

Bakının Nərimanov rayonunda “AFEN Plaza”nın 300 m2 olan ofisinin yanar konstruksiyaları yanıb.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonunda ümumi sahəsi 920 m2 olan altımərtəbəli mansard tipli “AFEN PLAZA” biznes mərkəzinin 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 300 m2 olan ofisin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 42 nəfər Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən təhlükəsiz əraziyə təxliyə edilmişdir. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

13:32

Bakının Nərimanov rayonunda “AFEN Plaza”da güclü yanğın söndürülüb

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda “AFEN PLAZA" biznes mərkəzinin dam örtüyündə yanğın müşahidə olunur. Hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir. Yanğının söndürülməsi istiqamətində işlər və digər xilasetmə tədbirləri həyata keçirilir. Əlavə məlumat veriləcək.

***

12:33

Bakının Nərimanov rayonunda “AFEN Plaza”da güclü yanğın baş verib.

AzNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, binanın 6-cı mərtəbəsində başlayan yanğın bütün mərtəbələri bürüyüb.

Hazırda hadisə yerinə Fövəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Qeyd edək ki, “Qafqazinfo” Xəbər Portalının ofisi də “AFEN Plaza”da yerləşir.

Bağla X