13:26
(077) 610-22-33

Hərbi Dəniz Qüvvələrimizin yaradılmasından 96 il ötdü

  • >
1 341 5 Avqust 2014 12:11 | Günün fotosu

Avqustun 5-i Azərbaycan Hərbi Dəniz Qüvvələrinin yaradıldığı gündür.

AzNews.az-ın məlumatına görə, bu gün Xəzər dənizində Rusiyadan sonra imkanlarına görə, ikinci hərbi donanma sayılan Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) yaranma günüdür.

"Qars", "Ərdahan" qayıqları, "Astrabad", "Göytəpə" poçt gəmiləri, "Araz" hidroqrafik gəmisi və "Bayıl" liman daşıyıcı gəmisindən ibarət Azərbaycanın hərbi dəniz donanması 1918-ci ildə yaradılıb.
Daha sonra Bakını tərk edən ingilis əsgərləri özlərinin döyüş gəmilərinin və yardımçı üzgüçü vasitələrinin bir hissəsini Azərbaycana verib. Xalq cumhuriyyətin süqutundan sonra donanma Sovet Azərbaycanının Qırmızı donanması adlandırılıb və 1920-ci ilin yayında bu donanma Xəzər Dəniz Qüvvələrinin tərkibinə daxil olub.

Keçmiş SSRİ-nin HDD-nin Qırmızı bayraqlı Xəzər Donanmasının Bakı və Moskva arasında bölünməsi 1992-ci ildə həyata keçirilib.
Hazırda Azərbaycanın HDQ-nin şəxsi heyətinin sayı 3000 nəfər göstərilir. HDQ tərkibinə su rayonunun mühafizəsi divizionu, desant gəmiləri divizionu, tral divizionu, axtarış-xilasetmə gəmiləri divizionu, təlim gəmiləri divizonu daxil olan əsasən suüstü gəmilər briqadasından ibarətdir. Bundan başqa, yardımçı gəmilər dəstəsi mövcuddur.

Bundan başqa, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə briqadası da mövcuddur.

Bu gün Azərbaycan HDQ-nin kadr təminatını Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi həyata keçirir.

Dənizçi zabitlərin ixtisaslarının artırılması məqsədi ilə 2003-cü ildən AAHDM-nin nəzdində gəmi şturmanı, suüstü gəmilərin silahları, suüstü gəmilərin rabitə və radiotexniki vasitələri, gəmi-dizel və dizel elektrik enerji qurğuları ixtisasları üzrə 10 aylıq zabitlər kursu fəaliyyət göstərir.



Əhməd
AzNews.az
Bağla X