19:27
(077) 610-22-33

Polis avtomobili qəzaya düşdü - Bakıda

  • >
1 489 12 May 2016 14:32 | Hadisə

Bakıda polis avtomobili qəzaya düşüb.


Yasamal rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə rayonun Şərifzadə küçəsi 77 ünvanında qeydə alınıb. Xırdalan şəhər sakini, 1997-ci il təvəllüdlü Ümid İmran oğlu Məmmədovun idarə etdiyi "Azsamand" markalı, 90 UV 395 dövlət nömrə nişanlı avtomobil xidmətdə olan Çevik Polis Alayına məxsus "FİAT-Doblo" markalı, 90 AP 667 dövlət nömrə nişanlı maşınla toqquşub. Nəticədə xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

APA.az
Bağla X