Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib. Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

21 yaşlı oğlan bıçaqlandı - Bakıda

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.


Rayonun Biləcəri qəsəbəsində naməlum şəxs qəsəbə sakini 1995-ci il təvəllüdlü Murad Hacıyevin qarın nahiyəsinə bıçaqla xəsarət yetirib.

Yaralı 1 saylı Kliniki Tıbbı Mərkəzə yerləşdirilib.

Araşdırmalar zamanı M.Hacıyevi bıçaqlayan şəxsin kimliyi müəyyənləşdirilib. Məlum olub ki, bu, Naxçıvan şəhər sakini 1967-ci il təvəllüdlü Ülfət Hüseynovdur. Onun tutulması üçün əməliyyət tədbirləri keçirilir.

Report.az