Tərtərdə toy karvanında 1 nəfərin ölümünə, 4 nəfərin xəsarət almasına səbəb olan qəzada yaralanan şəxslərin kimliyi məlum olub. Tərtərdə toy karvanında 1 nəfərin ölümünə, 4 nəfərin xəsarət almasına səbəb olan qəzada yaralanan şəxslərin kimliyi məlum olub.

Toy karvanında qəza - Ölən və yaralananlar var (FOTO)

Tərtərdə toy karvanında 1 nəfərin ölümünə, 4 nəfərin xəsarət almasına səbəb olan qəzada yaralanan şəxslərin kimliyi məlum olub.


Bərdə Mərkəzi rayon Xəstəxanasına yerləşdirilən yaralıların bəzilərinin vəziyyəti orta ağır olaraq qalır.

Tərtər rayon Polis Şöbəsinin müstəntiqi Firuz Nuruyevin verdiyi məlumata görə qəza nəticəsində xəsarət alan, Ağdam rayon sakinləri Rüstəmova Nərgiz Valeh qızı, Əsgərova Ziba Əsgər qızı, "Mercedes" markalı avtomobilin sürücüsü Rütəmov Taleh Valeh oğlu və "Niva" markalı maşını idarə edən Mingəçevir şəhər sakini Səfiyev Xəyyam Ələsgər oğlu olub. Qəza nəticəsində 1977-ci il təvəllüdlü Həsənova Gülşən Kərəm qızı Məhkəmə Tibbi ekspertiza tərəfindən müayinə edildikdən sonra ailəsinə təhvil verilib.





APA.az