- Köhnə - Hadisə
- 30 Avqust 2016 14:13
- 4 576
Avtomobil kanala düşdü - 1 ailənin 6 üzvü ağır yaralandı
Tərtər rayonunda 6 nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə rayonun Seyidimli kəndi ərazisində qeydə alınıb.
Hadisə şahidlərinin sözlərinə görə, "VAZ-21011" markalı avtomobil hərəkətdə olan zaman sürücü idarəetməni itirib və yolun kənarındakı kanala aşıb.
Hadisə nəticəsində avtomobildə olan bir ailənin 6 üzvü ağır bədən xəsarətləri alıblar. Yaralılar ətrafdakıların köməyi ilə Tərtər rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Report.az