Qusar rayonunda intihar faktı qeydə alınıb. Qusar rayonunda intihar faktı qeydə alınıb.

44 yaşlı kişi damarlarını kəsdi

Qusar rayonunda intihar faktı qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qusar şəhəri, H.Davud küçəsi, 3 nömrəli evdə kişi meyiti aşkar edilib.

Hadisə yerinə baxış keçirilən zaman meyiti tapılan şəxsin həmin ünvanda yaşayan, 1973-cü il təvəllüdlü Məmmədkərimov Elşad Pirzada oğlu olduğu müəyyən olunub.

İlkin araşdırmalardan sonra onun hər iki qolunun damarlarını kəsərək intihar etdiyi məlum olub.

Faktla bağlı Qusar rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.