Astara rayonunda bir neçə nəfərin ağır xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib. Astara rayonunda bir neçə nəfərin ağır xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib.

Astarada ağır yol nəqliyyat hadisəsi baş verdi - 4 nəfər xəsarət alıb

Astara rayonunda bir neçə nəfərin ağır xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib.

AzNews.az Report-a istinadən xəbər verir ki,hadisə rayonun Kijəbə qəsəbəsində baş verib.

İlkin məlumata görə, "VAZ-21011" markalı avtomobil yoldan çıxaraq beton maneəyə çırpılıb. Hadisə nəticəsində biri azyaşlı, digəri qadın olmaqla, 4 nəfər xəsarət alıb.

Onlardan üçü Astara Rayon Mərkəzi Xəstəxanasına, biri - Məmmədov Yusif Mirəli oğlu isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Məlumata görə, qəzaya səbəb sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi olub.

Qəza zamanı "VAZ-21011" markalı avtomobilin sürücüsü İbrahimov Bəylər Amil oğlu da xəsarət alıb. O da xəstəxanaya yerləşdirilib.