Moskva Vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin sədri Qalib Ağayev həbs olunub. Moskva Vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin sədri Qalib Ağayev həbs olunub.

Azərbaycanlı diaspor sədri həbs edildi - Rusiyada + VİDEO

Moskva Vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin sədri Qalib Ağayev həbs olunub.

AzNews.az “Life.ru”ya istinadən xəbər verir ki, yanvar ayında barəsində “dələduzluq” maddəsilə cinayət işi başladılan Ağayev saxlanılaraq ev həbsinə məhkum olunub.

Ağayev 2015-ci ildə 600 min rubl məbləğində büdcə vəsaitini mənimsəməkdə ittiham olunur. Onun bu vəsaiti “Rusiya: Türkiyə və Azərbaycan məktəblilərinin gözü ilə” grantı çərçivəsində əldə etdiyi bildirilir. Həmin vəsait isə Rusiya Təhsil Nazirliyindən “Ruskiy mir” fonduna ayrılıb. Ağayev bu vəsaitlə Azərbaycan və Türkiyə məktəblilərinin Rusiyaya gəlməsini və burada onların ekskursiyalarını təşkil etməli imiş.

Bundan əlavə “life.ru” yazır ki, Qalib Ağayev daima Azərbaycan etnosunun Ermənistan etnosu üzərindəki üstünlüyünə dair fikirlər səsləndirib.

Aydan AXUNDOVA