Tikilməkdə olan metro çökdü

Moskvada Seleznyovsk küçəsində tikilən "Suvorvsk" metrosunda torpağın çökməsi nəticəsində bir nəfər xəsarət alıb.


Lent.az-ın "RİA Novosti"-yə istinadən məlumatına görə, torpaq çöküntüsü 65 metr dərinlikdə baş verib. Xəsarət alan fəhlə tuneldən üstə çıxarılıb. Çöküntünü səbəbi və baş vermə şərait barədə rəsmi açıqlama yoxdur.