- Köhnə - Hadisə
- 20 Aprel 2017 12:25
- 5 088
59 yaşlı kişi intihar etdi
Mingəçevir şəhərində intihar hadisəsi baş verib.
“Report”un xəbərinə görə, 1958-ci il təvəllüdlü Rüfət Aslanov özünü yaşadığı yataqxanada asaraq intihar edib.
R.Aslanov Ağdam rayonundan məcburi köçkün düşüb. O, Mingəçevirdə yataqxanada məskunlaşıbmış.
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda araşdırma aparılır.
AzNews.az