14:18
(077) 610-22-33

Ər-arvadı şantaj edərək 31 min manat pul alan şəxs yaxalanıb

  • >
1 053 20 May 13:41 | Hadisə

Barələrində rüsvayedici məlumatlar yayacaqları ilə hədələyərək 31 min manat pul almaqda şübhəli bilinən Saray qəsəbə sakinləri Nizami Cəfərov və Kamil Muxtarov tutulublar.

AzNews.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, mayın 9-da Xırdalan şəhər sakinləri olan ər-arvad Abşeron RPİ-yə müraciət edərək 2012-ci ilin fevralından cari ilin may ayınadək olan müddətdə Saray qəsəbə sakinləri Nizami Cəfərov və Kamil Muxtarovun barələrində rüsvayedici məlumatlar yayacaqları ilə hədələyərək onlardan ümumilikdə 31 min manat pul almalarını bildiriblər.

Abşeron RPİ əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində N.Cəfərov və K.Muxtarov tutulublar.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Bağla X