09:23
(077) 610-22-33

Bakıda məşhur iş adamı özünü niyə güllələdi?- Cinayət işi

  • >
4 229 27 May 2017 11:52 | Hadisə

Ötən ilin səs-küylü intihar hadisələrindən biridə “İnteryer-S” MMC-nin direktoru, iş adamı 56 yaşlı Söhbət Hacıyevin yaşadığı mənzildə ov tüfəngi ilə özünə atəş açması oldu.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (“Özünü öldürmə həddinə atdırma”) maddəsi ilə cinayət işi başlanıldı, araşdırmalar aparıldı. lkin məlumatlarda S.Hacıyevin rəhbərlik etdiyi müəssisənin banklara borcu olması və intiharın bu səbəbdən baş verdiyi göstərilsə də, mərhumun ailə üzvləri yayılan məlumatların həqiqəti əks etdirmədiyini, iş adamının heç kimə borcu olmadığını, sonuncunun silahla ehtiyatsız davranması nəticəsində bədbəxt hadisə baş verdiyini söyləmişdilər...

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə, dələduzluqda ittiham olunan 60 yaşlı Əliş Dadaşovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

“Virtual Azərbaycan”ın xəbərinə görə, prosesə hakim Azad Məcidov sədrlik edir. Cinayət işi üzrə Söhbət Hacıyev istintaq zamanı zərərçəkmiş şəxs qismində ifadə verib. Bəzi mətləblərə aydınlıq gətirilsə də, çox şey hələ də müəmma olaraq qalıb...

İstintaq yolu ilə müəyyən edilib ki, Ə.Dadaşov öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş külli miqdarda əmlakı ələ keçirib, dələduzluq edib, vəzifə saxtakarlığı törədib. Qohumu Vaqif Hüseynovu aldadaraq işlədiyi bankda depozitə qoyulmuş əmənətlərə yüksək faiz verdiyini, əmanətlərin tam sığortalandığını, müəyyən müddətdən sonra faiz dərəcələrinin artırılacağını bildirməklə aralarındakı yaxın münasibətlərə görə onun inamından istifadə edib və 62.670 manat pulunu mənimsəyib.

Bundan başqa, 2010-cu ildə yaxın münasibətdə olduğu “İnteryer-S” MMC-nin direktoru Söhbət Hacıyevlə bank arasında bağlanmış kredit müqaviləsinə əsasən, cəmiyyət tərəfindən götürülmüş 60 min manat məbləğində krediti 2010-cu ildə ondan alsa da, pul vəsaitini filialın xəzinəsinə ödəməyib, şəxsi ehtiyaclarına xərcləyib. Həmçinin, yaxın qohumu Azad Zeynalov və onun şəriki Əli Əhmədova sahibkarlıq fəaliyyəti ilə bağlı vəsait lazım olduğunu S.Hacıyevə deyib. Onun etibarını qazanaraq “İnşaat İstehsalat Təsərrüfat” MMC ilə “Texnikabank” ASC-nin Nərimanov filialı arasında kredit müqaviləsi bağlamağa nail olub. S.Hacıyevə məxsus 130 min manat pul vəsaitini öz qulluq mövqeyindən istifadə edərək mənimsəyib.

AzNews.az

Bağla X