04:38
(077) 610-22-33

3-cü zabitin də meyiti tapıldı

  • >
182 12 Fevral 2013 09:45 | Hadisə

Bakıda fevralın 11-də qəzaya uğramış hərbi helikopterin 3-cü zabiti Yaşar Əhmədovun meyiti tapılıb




Bu barədə Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev bildirib.

Əməliyyata xilasedicilər və FHN-nin katerləri, həmçinin Müdafiə Nazirliyinin texnikası, təcili tibbi yardım briqadaları cəlb edilmişdir.
Xilasedicilər helikopterin kabinəsini tapıblar və yaxın zamanda o çıxarılacaq.

Qeyd edək ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hərbi helikopterin qəzaya uğraması nəticəsində ekipaj üzvləri kapitan Əhmədov Yaşar Mail oğlu, baş leytenant Rüstəmov Rüstəm Gülhüseyn oğlu və leytenant Zeynalov Bəhruz Novruz oğlu həlak olublar.
Hərbi mənbədən Trend-ə bildiriblər ki, Xəzər dənizinə düşən "Mİ-17" markalı helikopter olub.

FHN-in yaydığı məlumata görə, 11.02.2013-cü il saat 10:30 radələrində Qaradağ rayonu ərazisində, sahildən təqribən 300 metr məsafədə Xəzər dənizinə düşmüş helikopterin və heyət üzvlərinin axtarış-xilasetmə əməliyyatına cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin dalğıc xilasediciləri tərəfindən görülmüş tədbirlər nəticəsində helikopterin dənizə düşdüyü yer aşkar olunub.

AzNews.az
Bağla X