Ağdaşda baş verən yol qəzasında xəsarət alanlardan biri dünyasını dəyişib. Ağdaşda baş verən yol qəzasında xəsarət alanlardan biri dünyasını dəyişib.

Ağdaşda yol qəzası- 17 yaşlı sürücü öldü + Yenilənib

Ağdaşda baş verən yol qəzasında xəsarət alanlardan biri dünyasını dəyişib.

"Report"un Şirvan bürosunun xəbərinə görə, "VAZ-2107" markalı avtomobilin sürücüsü, Ağdaş rayonunun Qaraoğlan kənd sakini 17 yaşlı Məmmədov Turan Xaləddin oğlu qəza zamanı aldığı xəsarətlərdən ölüb.

Həkimlər digər yaralıların vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.

Xəsarət alan şəxslərin hamsı Ağdaş rayonunun Qaraoğlan kənd sakinləridir.

***

14:10

Ağdaşda yol qəzası baş verib.

"Report"un Şirvan bürosunun xəbərinə görə, hadisə rayonun Pirəzə və Ağzıbir kəndləri arasında qeydə alınıb.

Belə ki, həmin ərazidə "Mercedes" və "VAZ-2107" markalı avtomobillər tooquşub.

Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Onlar Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan bildirilib ki, yaralılardan birinin vəziyyəti ağırdır.

AzNews.az