02:28
(077) 610-22-33

“Hacı Mazan”ın obyektində faciə - Fəhlə iş zamanı öldü

  • >
4 927 18 İyul 14:14 | Hadisə

Masallının Yeddi Oymaq kəndində ölüm hadisəsi baş vermiş asfalt zavodu "Hacı Mazan" kimi tanınan iş adamı Ramazan Zeynalova məxsusdur.

"Report"un xəbərinə görə, zavodda elektrik vəzifəsində işləyən Yardımlı rayon sakini 1958-ci il təvəllüdlü Əfsər Hüseynov yüksəklikdə işləyən zaman halı pisləşib və bunkerə yıxılıb. Ağır bədən xəsarətləri alan Ə.Hüseynov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

***

11:34

Masallı rayonunun Yeddi Oymaq kəndində yerləşən asfalt zavodunda fəhlə iş zamanı ölüb.

"Report"un Cənub bürosunun məlumatına görə, zavodda elektrik işləyən, Yardımlı rayon sakini, 1958-ci il təvəllüdlü Əfsər Hüseynov iş zamanı qəza keçirib və ağır bədənb xəsarətləri alıb. yaralı Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Onun meyiti müayinə oluynmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şəhər şöbəsinə yerləşdirilib.

Faktla bağlkı araşdırmalara başlanılıb.

AzNews.az

Bağla X